Əlcəzairdə iki medal
Azərbaycan stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” turnirində 2 medal qazanıblar.
Federasiyanın mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, milli üzvlərindən Onur Quluzadə və Yağmur Məmmədli fəxri kürsüyə qalxıblar.
13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də yolundan kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüsdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq görulüb.
Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini üstələdikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.