Eldəniz Əzizli ikiqat dünya çempionudur!
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşində çıxış edən Eldəniz Əzizli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Msport.az xəbər verir ki, 55 kq-da yarışan güləşçimiz finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumianı 8:0 hesabı ilə məşğlub edərək qızıl medal qazanıb.
Qeyd edək ki, bu, həmyerlimizin dünya çempionatlarında ikinci qızılı olub.