featured-image-23314

Avropa çempionatının seçmə mərhələsində millimizin rəqibi olan Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko heyəti necə quracağından danışıb.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis bildirib ki, əllərində 100 potensial futbolçudan ibarət heyət var:

“Bu vəzifədə olmağımdan çox qürurluyam və motivasiyalıyam. Televiziya ilə bir çox oyunlara baxmışam. Bəzi məlumatları da yığmışam. Həftəsonu stadionlarda 5 matçı da izləyəcəm. Bundan sonra öz seçimimi etməliyəm.

Biz əvvəlcə Roberto Martinesin son seçimlərinə əsaslanmaq istəyirdik. Lakin qərara aldıq ki, daha bir addım ataq. Sıfırdan başlamaq istəmirik, əlimizdə 100 potensial oyunçudan ibarət heyət var. Öz klubunda heyətə düşməyən bəzi futbolçular da yığmaya çağırıla bilər. Hər bir oyunçu ilə bağlı bağlı yaranmış vəziyyəti diqqətlə izlədikdən sonra bu qərarı verməliyik”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər