Əliyar Ağayevə Avropa çempionatının açılış matçı həvalə olundu
Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının açılış oyununu idarə edəcək.
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi iyunun 21-də Tbilisidəki Mesxi stadionunda Belçika və Niderland millilərinin matçında əsas söz sahibi olacaq.
Ona laynsmanlar Zeynal Zeynalovla Akif Əmirəli komək edəcək.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.







