featured-image-18210

“Neftçi”də növbəti ayrılıq reallaşır

Msport.az saytının əldə etdiyi məlumata görə, klubun vitse-prezidenti Elnur Eyvazov “ağ-qaralar”la vidalaşı.
Onun paytaxt təmsilçisindən gedişinə bir neçə gün öncə Müşahidə Şurasında (MŞ) və SOCAR-da baş verən köklü dəyişiklik səbəb olub.

Belə ki, MŞ üzvü Cəbrayıl Cəbrayılovun “Neftçi” və Neft Şirkətindən ayrılması Eyvazovun da klubdakı vəzifəsini itirməsi ilə nəticələnib.

Qeyd edək ki, daha əvvəl “Neftçi”nin Müşahidə Şurasında islahatlara start verilib. Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib. Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. Müşahidə Şurasının əvvəlki üzvlərindən Cəbrayıl Cəbrayılovla yanaşı, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov da klubdan ayrılıb.

Bənzər xəbərlər