featured-image-77623

“Qarabağ”ın futbolçuları Abbas Hüseynov və Elvin Cəfərquliyev Əvəzedicilər Liqasında qol vurublar.

Msport.az xəbər verir ki, cinah müdafiəçiləri 24-cü turda “Qarabağ-2″nin “Zirə-2″yə qalib gəldiyi matçda fərqləniblər.

Hüseynov 49-cu dəqiqədə rəqib qapısına yol tapıb. Cəfərquliyev isə 73-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüş “Qarabağ-2″nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıblar.

Bənzər xəbərlər