featured-image-1734

AFFA-da icraçı vitse-prezident vəzifəsinə yeni təyinat gözlənilmir.

Msport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin 2020-ci il yanvarın 28-də keçirilmiş iclasında icraçı vitse-prezident təyin olunub. Bu vəzifə məhz həmin vaxt yaradılıb.

Ötən gün FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru təyin olunan funksioner AFFA-dakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident kimi davam etdirəcək.

E.Məmmədov AFFA-da əməkhaqqı almadan çalışacaq. (Report.az)

Bənzər xəbərlər