Emin Mahmudov “Neftçi”də qaldı – RƏSMİ
“Neftçi” kapitan Emin Mahmudovla yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib.
2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı. Geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib, 50 qol vuran Mahmudov 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.







