featured-image-32058

Qəbələ”nin baş meneceri Nail Kərimov  Zaqatalanın  Yengiyan kəndi ərazisində avtomobil qəzasına düşən futbolçuları Emil Səfərovun vəziyyətinin yaxşı olduğunu bildirib.

Msport.az xəbər verir ki, gənc futbolçunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi “Niva” markalı maşınla toqquşub.

“Bildiyim qədər hər iki tərəfin vəziyyəti yaxşıdır, ciddi xəsarət alan olmayıb. Emillə də maraqlanmışıq. Yüngül qəza olub. “VAZ-2107″ markalı avtomobil atasının maşınıdr. Hələ vaxtilə Səfərov Akademiyada olanda atası onu həmin maşınla məşqə aparıb gətirirdi”.

Qeyd edək ki, ilkin məlumatda qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü Q.Həsrətov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

AYXAN

Bənzər xəbərlər