Emin Mahmudov "Neftçi"nin məşqlərinə niyə qatılmır? - Klubdan açıqlama
“Neftçi”nin kapitanı Emin Mahmudov “ağ-qaralar”ın təlim-məşq toplanışında iştirak etmir.
Bu barədə Msport.az saytına açıqlamasında klubun mətbuat katibi Rüstəm Allahverdiyev məlumat verib.
O bildirib ki, 31 yaşlı yarımmüdafiəçinin müqaviləsi başa çatdığından, onun hazırlığa qatılmaması normal haldır:
“Eminlə yeni müqavilə imzalanmayıb. Belə olan halda futbolçu məşqdə niyə iştirak etsin ki? Mahmudovun komandada qalıb-qalmayacağı ilə bağlı bizdə heç bir məlumat yoxdur”.
Eminin Sankt-Peterburqdakı turnirə də aparılmayacağı gözlənilir.
CAHİD







