featured-image-76287

Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub.

Msport.az xəbər verir ki, kaptanın yubiley qolu Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib. O,  “İmişli” ilə görüşdə  fərqlənib.

31 yaşlı yarımmüdafiəçi 2017-ci ildən çıxış etdiyi “Neftçi”də  281-ci oyunda 70-ci qolunu vurub. O, Premyer Liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.

Emin “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur. O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.

Qeyd edək ki, “Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var

Bənzər xəbərlər