Emin Mahmudovu "Neftçi"də əvəzləyən tapıldı
“Neftçi”nin yeni kapitanı bəlli olub. Msport.az xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək “Matç TV” turnirində kapitan sarğısını Eddi İsrafilov daşıyacaq.
Qeyd edək ki, kapitan Emin Mahmudov “ağ-qaralar”la yeni müqaviləyə imza atmayıb və Rusiyadakı yarışa yollanmayıb.
Onun yoxluğunda kapitanlıq funksiyasını Eddi yerinə yetirəcək.







