featured-image-34352

Xorvatiyalı ekspert Vedran Yeşe Zaqreb “Dinamo”sunun futbolçularının “İstra”ya 3:0 hesabı ilə qalib gəldiyi çempionat oyunundakı çıxışını dəyərləndirib.

Msport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Mahir Emreli ilə Luka İvanuşetsi xüsusi fərqləndirib:

“İlk dəqiqələrdən göründü ki, komanda çox istəklidir. Baş məşqçi bu matçda bəzi yeni oyunçuları sınadı. Emrelinin oyunu mənim üçün sürpriz oldu. O, hazırda formasının pik həddindədir. Həmçinin İvanuşets də dəhşətli dərəcədə əla vəziyyətdədir”.

Qeyd edək ki, “Dinamo” avqustun 2-də Qazaxıstanda “Astana” ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Bənzər xəbərlər