featured-image-24929

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Hər iki komanda meydanda əzmkarlıq göstərdi. Futbolçularım onlardan istədiklərimi etməyə çalışdılar. Daha çox hücum etməyə çalışırdıq. Hücum planında komandadan razı qaldım. İnanıram ki, qarşıdakı matçlarda yaratdığımız epizodları dəyərləndirəcəyik. Tovuz səfəri ağırdır. Süni örtük də narahatlıq yaradır. Buna baxmayaraq komanda xarakter göstərdi. Heç-heçə ədalətli nəticədir. Hər matça maksimum köklənmək lazımdır. Komandanın oyun planı var. Meydanda mənim istədiyimi verirlər. Belə davam etsək, nəticələr də gələcək. Sırf kuboka köklənməmişik. Çempionatda da avrokuboklara vəsiqə verən yeri tutmaq istəyirik. Epizodlar yaradırıq, amma dəyərləndirə bilmirik. Bir az soyuqqanlılıq lazımdır. Bu, problem deyil. Futbolun içində olan prosesdir. Normal qəbul edirəm”.

Bənzər xəbərlər