Ərəblər Keynlə danışığa başladı
“Əl-Hilal” İngiltərə millisinin futbolçusu Harri Keynin transferini araşdırır.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı hücumçunun nümayəndələri ilə danşıqlara başlayıb.
Forvard özü hələlik qərar verməyib. O, ilk növbədə klubun təklifini araşdırmaq niyyətindədir.
“Bavariya” ilə müqaviləsindəki bəndə əsasən, hücumçu üçüncü mövsümündə 65 milyon avro qarşılığında sərbəst qala bilər.
Qeyd edək ki, 2023-cü ildən Münhen təmsilçisində çıxış edən Harri Keyn ötən mövsüm 51 oyunda 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







