featured-image-73507

“Mançester Yunayted” və “Bayer”in sabiq baş məşqçisi Erik ten Haq özünə yeni iş yeri tapıb.

Msport.az xəbər verir ki, o, “Tvente” klubunun texniki direktoru təyin olunub. Niderlandlı mütəxəssis fevralın 1-dən fəaliyyətə başlayacaq.

Onunla müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ten Haq futbolçu olarkən “Tvene”nin formasını geyinib. O, 2002-ci ildə bu klubda U-17 komandasında məşqçiliyə başlayıb.

Bənzər xəbərlər