Eriksendən 818 gün sonra məhsuldar ötürmə
Kristian Eriksen İngiltərə Premyer Liqasına qayıdışından sonra ilk məhsuldar ötürməsini verib.
Msport.az-ın məlumatına görə, danimarkalı futbolçu “Brentford” – “Börnli” matçında 85-ci dəqiqədə komanda yoldaşı Ayven Touninin fərqlənməsinə şərait yaradıb.
Eriksen Premyer Liqada sonuncu dəfə 818 gün əvvəl assist etmişdi.
Qeyd edək ki, “Brentford” Touninin dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.