Əvvəlcə Qurbanov, sonra Yanev
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya, Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 18:00-da “Azersun Arena”da baş tutacaq.
Saat 18:20-də isə media nümayəndələri üçün açıq məşq keçiriləcək. Komandanın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaqların baş məşqçisi Hristo Yanevin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı 19:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – ÇSKA görüşü saat 20:00-da başlayacaq.







