featured-image-59469

Azərbaycan Güləş Federasiyası (AGF) yerlərdə silsilə tədbirləri davam etdirir.

Msport.az xəbər verir ki, 2024-cü ildən federasiyanın inventar və maddi dəstək verdiyi daha bir güləş zalının fəaliyyəti ilə tanışlıq baş tutub.

AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov və sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Nazim Əlicanov 4-cü mikrorayonda yerləşən güləş məktəbində olublar.

Sərbəst güləş üzrə məşqlərin keçirildiyi bu zalda yeniyetmələr arasında Avropa çempionu və dünya üçüncüsü Elman Ağayev, U-15 Avropa çempionatının mükafatçıları Fərhad Süleymanlı və Nihad Süleymanlı yetişib. Məşqçilər Əlisa Abbasov və Elxan İskəndərovun rəhbərliyi altında həftənin 6 günü burada ödənişsiz məşqlər keçirilir.

Hazırda bu məktəbdə 60-dan çox yeniyetmə və gənc sərbəst güləşlə məşğul olur.

Bənzər xəbərlər