featured-image-79622

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Misxal istefa verib.

Msport.az xəbər verir ki, bu haqda o, sosial media hesabında paylaşım edib.

Qərara səbəb milli komandanın 2026-cı il dünya çempionatında uğursuz çıxışı olub. Səudiyyə Ərəbistanı yığması H qrupunu 2 xalla sonuncu pillədə başa vuraraq turnirlə qrup mərhələsində vidalaşıb.

Qeyd edək ki, Yasir Əl-Misxal yeddi il federasiyaya rəhbərlik edib. O, həmçinin Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmasında mühüm rol oynayıb.

Bənzər xəbərlər