featured-image-61075

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Msport.az xəbər verir ki, Avropa çempionatının ilkin təsnifat mərhələsində B qrupunun qalibi olan U-19-un futzalçıları ilə Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov görüşüb.

O, komandanı qazandığı uğur münasibəti ilə təbrik edib. Vitse-prezident yığmanın əsas mərhələdə də inamlı çıxış edəcəyinə inandıqlarını söyləyib və bunun vacibliyini vurğulayıb. Elşən Abasov bunun üçün rəhbərlik tərəfindən lazımi şəraitin yaradılacağını söyləyib.

Sonda komanda üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə ilə üz-üzə gələcək. Bu raundun oyunları 25-30 martda Xorvatiyada keçiriləcək.

Bənzər xəbərlər