Federasiya rəsmisi millinin üzvləri ilə görüşdü
Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov təlim-məşq toplanışında olan 19 yaşadək milli komandamızın üzvləri ilə görüşüb. Msport.az xəbər verir ki, toplantı AFFA-nın Futbol Mərkəzində baş tutub.
Federasiya rəhbərliyi adından komandaya uğurlar arzu edən Abbasov hazırlıq prosesini yaxından izlədiyini deyib.
Baş məşqçi İlqar Aslanov komandanın son durumu haqqında məlumart verib.
Qeyd edək ki, U-19 yanvarın 24-dən 27-dək San Marinoda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. B qrupunda mübarizə aparacaq yığmamız yanvarın 25-də Kosovodan, ertəsi gün isə San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Qrup qalibi olacaq komanda əsas mərhələyə vəsiqə qazanacaq.