featured-image-48919

Azərbaycan Şahmat Federasiyası (AŞF) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 3 saylı uşaq evini ziyarət edib.

Msport.az xəbər verir ki, uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibəti ilə təbrik edib.

AŞF adından balacalara şahmat dəstləri, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.

Bənzər xəbərlər