Federasiyanın vitse-prezidenti müharibədə həlak oldu
Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk müharibədə həlak olub.
Msport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
“Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub”, – Federasiya qeyd edib.
Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.
Qeyd edək ki, onun 38 yaşı olub. Hələ aprel ayında Saçuk “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilmişdi.