featured-image-79804

Fələstin futbolunda növbəti ağır itki yaşanıb.

Msport.az xəbər verir ki, “Khadamat Khan Younis”in qapıçısı Səlim əl-Əşqərin öldürüldüyü açıqlanıb.

Fələstin Futbol Federasiyasının açıqlamasına görə, 32 yaşlı qapıçı İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib.

Hadisənin Xan Yunisin şimal-şərqində yerləşən Əl-Qərara bölgəsində baş verdiyi bildirilir. Səlim əl-Əşqərin cəmi beş ay əvvəl ailə qurduğu və yaxın vaxtlarda ilk övladının dünyaya gəlməsini gözlədiyi qeyd olunur.

2023-cü ilin oktyabrından bu yana Fələstin idman ictimaiyyətində həlak olanların sayı 1000-i ötüb. Onlardan 567 nəfərinin futbol camiasının nümayəndəsi olduğu bildirilir.

Bənzər xəbərlər