“Fənərbağça” 40 milyona transfer edir
İngiltərəli hücumçu Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az xəbər verir ki, “Fənərbağça” 23 yaşlı futbolçunun transferi ilə bağlı “Marsel”lə tam razılığa gəlib.
İstanbul təmsilçisi bu keçid üçün 40 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 2 milyon avro bonus nəzərdə tutulub. “Marsel” təklifi qəbul edib və Qrinvuda tibbi müayinədən keçmək, eləcə də müqaviləni imzalamaq üçün icazə verib.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu ilə 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanacaq. Qrinvud yeni klubunda hər mövsüm 10 milyon avro xalis əməkhaqqı qazanacaq.







