"Ferentsvaroş"un futbolçusu "Tofiq Bəhramovun" ətrafındakı restoranlardan danışdı - "Manqallardan tüstülər stadiona gəlirdi"
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferentsvaroş”un futbolçusu Botka Endre yerli mətbuata müsahibə verib. Msport.az xəbər verir ki, 27 yaşlı oyunçu Ağdam klubu ilə Bakıdakı matçdan danışıb.
- Oyundan sonra ən çox bədəninin hansı hissəsi ağrayırdı?
- Bir neçə dəfə ayaqla və əllə zərbələr aldım. Amma görüşün gedişində ağrını o qədər də hiss etmirdim. Hərdən topuğuma da zərbələr endirirdilər, hərdən başım ağrayırdı. Lakin bu normaldır. Bu, döyüşün bir hissəsidir. Hər iki tərəf qalib gəlmək istəyirdi.
- Matçdan sonra futbolçular rütubətin çox olmasından və hava şəraitindən gileylənirdilər. Yəni stadionda hava bu dərəcədə pis idi?
- Mən deyərdim ki, nəsə qəribə idi…Əvəllər heç vaxt belə bir şey hiss etməmişəm. Hava dözülməz dərəcədə isti deyildi. Hə, bir az temperatur yüksək idi, ancaq evdə də bəzən belə olur. Lakin havada oksigen yox idi. Sanki havasızlıq idi. Oyundan əvvəl isinmə hərəkətlərinə çıxandan 2 dəqiqə sonra komanda yoldaşlarımızla hiss etdik ki, su adamdan sel kimi gedir. Bunu bəraət qazanmaq üçün demirəm, rəqib də eyni şərtlərlə oynayırdı. Ancaq ola bilsin ki, onlar buna daha çox öyrəşiblər. İndiyə qədər belə hava şəraitinə rast gəlməmişdim.
- Oyundan sonra canlı yayımda dediniz ki, ümid edirəm Budapeştdə hava daha yaxşı olacaq. Bu cür bürkü və stadionun üzərində tüstü-duman olmayacaq. Siz nəyi nəzərdə tuturduz?
- İcazə verin indi qəqiqləşdirim. Bir tərəfdən stadionda tüstü görünürdü. Məncə, bu stadionun ətrafındakı manqallardan gələn tüstü idi. Biz stadiona gələndə gördük ki. ətrafda restoranlarda kabab bişirilir. Bu, onsuz da pis olan havanı bir az da ağırlaşdırırdı. Biz çox psi şərtlər altında oynayırdıq.
- Kənardan belə görünürdü ki, çərşənbə günü ağır, gərgin oyun keçdi. Həqiqətənmi yorulduz? Bu oyun digərlərindən ağırlığına görə fərqləndi?
- Mən bunu son 10 dəqiqədə hiss etdim. Çox çətin idi. Həmin vaxta qədər meydanda çox güc sərf etmişdim. Bütün matç ərzində konsentrasiyanı itirmək olmazdı. Bir epizodu belə buraxmaq olmazdı. Bu da adamın çox gücünü alır. Oyundan sonra paltardəyişmə otağında özümü çox yorğun hiss elədim. Sonra da evə qayıtmalı idik. Səhər saat 6-da yatdım, mən pis yuxuya getdiyimdən 9-da artıq ayıldım. Matçdan sonra dincəlmək çətin olur. Lakin axşam tez yatdım. Gündüz də oğıumla uzanıb dincəldim. Artıq hər şey qaydasındadır.
- Oyuna qayıdaq. “Qarabağ”ın hücumçularını necə xarakterizə etmək olar? Onlarla mübarizə aparmaq çətin deyildi ki? Yoxsa siz daha çox şey gözləyirdiniz?
- Onlar həqiqətən də sürətli idilər. Oyun ərzində top daha çox bizim sol cinahda olurdu. Mənə sağ cinahda çox iş düşmürdü, çünki rəqiblə az-az qarşılaşırdım. Amma hiss olunurdu ki, onlar hərəkətə başlayanda dayandırmaq çətin olur. “Qarabağ” hücumda çox yaxşı oynayır. Lakin onları da dayandırmaq mümkündür.
- Müdafiə onların zəif yeridir?
- Mən belə deməzdim. Biz gözləyirdik ki, müdafiədə səhvlərə yol verəcəklər və bizə boş zona buraxacaqlar. Ancaq birinci oyunda çox yaxşı qapandılar və müdafiə xətləri demək olar səhvsiz işlədi. Təəssüf ki, yarımmüdafiədə və müdafiədə biz bəzən gərəksiz səhvlərə yol verirdik.
- Hə, bir az daha diqqətli oynasaydıq, azərbaycanlıların qolundan yayınmaq olardı.
- Biz sadəcə qapıçıdan qayıdan topa tez çatmalı idik. Həm də orda qayda pozuntusu da eləmək olmazdı. Onlar cərimə zərbəsini topa nəzarət etdikdən sonra qapımızın yaxınlığında qazandılar. Denis Debuşi topu qaytardı. Ancaq dönən topa çata bilmədik. Heyfislənə bilərik ki, onlar qolu belə vurdular. Çünki buna hazır idik, bilirdik ki, uzaqdan zərbələr vuracaqlar.
- Siz “Qarabağ”dan daha çox gözləyirdiz?
- Bilirdik ki, səfər matçında ağıllı və sakit oyun göstərmək lazımdır. Dolu tribunalar önündə oynayırdıq, azarkeşlər öz komandalarına dəstək olurdular. Həm də dediyim kimi oynamaq üçün şərtlər heç də əlverişli deyildi. Hesabda önə keçdikdə hər kəsdə bir qədər yüngüllük yarandı. Rahatlaşdıq. Təəssüflənmək olar ki, rəqib fasiləyə qədər hesabı bərabərləşdirdi. Lakin biz lazım olan oyunu göstərirdik.
- “Groupama Arena”da uğur qazanmaq üçün nə etmək lazımdır?
- Evdə də başını divara sürtməməlisən. Biz “Qarabağ”ın yaxşı komanda olduğunu bilirdik, ilk oyundan sonra isə buna daha da əmin olduq. Öz azarkeşlərimiz qarşısında qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Ola bilsin ki, cavab oyununda onların müdafiəsi o qədər yaxşı bağlanmayacaq və biz səhvlərdən istifadə etdik. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsi olduğu üçün cavab matçında qalib gəlməliyik.
- Birinci oyundakı nəticəni yaxşı adlandırmaq olar?
- Pis nəticə deyil. Əlbəttə ki, qalib gəlib cavab görüşünü gözləmək pis olmazdı. Taleyimiz öz əlimizdədir və “Tobol”, “Slovan”la qarşılaşmalarda olduğu kimi qalib gəlib növbəti mərhələyə keçmək istəyirik.
TƏRCÜMƏ ETDİ AYXAN