featured-image-5173

Konfrans Liqasında çıxış edəcək “Qəbələ” heyətin əksər üzvlərini saxlaya bilsə də, Fernan Lopeslə bağlı vəziyyət fərqlidir.

Msport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. 27 yaşlı futbolçu Azərbaycanda qalmaq istəmədiyini bildirib. Fernan hətta İspaniyaya döndükdən sonra karyerasını bitirə biləcəyini də vurğulayıb.

Qeyd edək kİ, futbolçu 2020-2021-ci illər mövsümündə “Qəbələ”də oynadıqdan sonra da komandanı tərk etmişdi. Həmin vaxt Polşaya gedən yarımmüdafiəçi “Yagelloniya”da 11 matçda forma geyinmişdi. Fernan ötən ilin oktyabrında yenidən “Qəbələ”dən gələn təklifi müsbət cavablamışdı.

O, son mövsümdə Azərbaycan Premyer Liqasında 16 oyunda meydana çıxıb 1 qol vurub.

 

 

Bənzər xəbərlər