Fərrux Mahmudovun təəssüfü və təşəkkürü
“Neftçi” Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə uduzub.
Msport.az xəbər verir ki, klubun yeni prezidenti Fərrux Mahmudov matçdan sonra feysbuk hesabı vasitəsilə nəticəni şərh edib:
“Təəssüf ki, məğlubiyyətlə qayıdırıq. “Forza Neftçi”, gəldiyiniz üçün təşəkkürlər!” – funksioner yazıb.
Qeyd edək ki, “Neftçi” növbəti matçını avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı keçirəcək.







