FIDE azərbaycanlı mütəxəssisi ilin məşqçisi adına layiq gördü
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.
Msport.az FIDE-nin rəsmi saytında istinadən xəbər verir ki, beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.