featured-image-54680

Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macarıstanlı Yudit Polqarı bütün dövrlərin ən yaxşı qrossmeysterləri elan edib.

Msport.az xəbər verir ki, Karlsen və Polqar mükafatlarını Budapeştdə FIDE-nin 100 illiyinə həsr olunmuş qala gecəsində alıblar.

2014-cü ilin avqustunda karyerasını bitirən Polqar 1989-2015-ci illərdə FIDE-nin qadın reytinqində birinci olub. O, Macarıstanın qadın komandasının üzvü kimi 1988 və 1990-cı illərdə Ümumdünya Şahmat Olimpiadalarında qızıl medal qazanıb. Bundan əlavə, kişilərdən ibarət milli komandanın heyətində iki dəfə yarışın gümüş medalçısı olub.

Karlsen 2013-cü ildən 2023-cü ilə kimi dörd dəfə uğurunu qorumaqla dünya çempionu tituluna sahib olub. Norveçli könüllü olaraq beşinci müdafiədən imtina edib və nəticədə titul şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə qalib gələn çinli Din Lijenə keçib.

Bənzər xəbərlər