FIDE reytinqi: Şəhriyar Məmmədyarov gerilədi
FİDE şahmatçıların may reytinqini açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
39 yaşlı qrossmeyster 1 pillə geriləyib. Aktivində 2734 xal olan Məmmədyarov 18-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 1 pillə irəliləyib. O, 2723 xalla yenə 27-cidir.
Digər qrossmeysterimiz Rauf Məmmədov (2651) 2 addım geriləyib. Milli üzvü 87-ci yerdədir.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2805) və Hikaru Nakamura (2795) izləyirlər.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə bir pillə geriləyən Günay Məmmədzadə malikdir. 35-ci olan təmsilçimizin aktivində 2436 xalı var. Bir addım irəliləyən Gövhər Beydullayeva (2412) 45-cıdır.
Avropa çempionu Ülviyyə Fətəliyeva (2378) 72-ci mövqeyini qoruyub. Üç pillə irəliləyən Xanım Balacayeva 2376 xalla 74-cüdür. 9 addımlıq sıçrayış edən Gülnar Məmmədova (2360) 90-cı pilləyə yüksəlib.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2560), üçüncü sırada Ley Tinqjie (Çin, 2548) qərarlaşıb.