featured-image-5849

FIFA Tunisin “Esperans” klubuna transfer qadağası qoyub.

Msport.az “TN Sport”a istinadən xəbər verir ki, buna komandanın “Neftçi”dən heyətinə cəlb etdiyi Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, “Esperans” qarşıdakı 3 “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçu götürə bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan qaldırıla bilər.

Qeyd edək ki, Buqrin bu ilin yanvarında “Neftçi”dən “Esperans”a transfer olunub.

Bənzər xəbərlər