featured-image-2693

FIFA milli komandamızın yarımmüdafiəçisi Tellur Mütəllimovu 4 oyunluq cəzalandırıb.

Msport.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Matçın 21-ci dəqiqəsində topu itirdikdən sonra rəqib futbolçuya karate fəndi ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

FIFA “Sumqayıt”ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib. (Report.)

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşma Lüksemburqun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər