featured-image-75104

FIFA qarşıdan gələn 2026-cı il dünya çempionatı ətrafında ajiotajln olmamasından ciddi narahatlığını ifadə edib.

Msport.az xəbər verir ki, təşkilat turnirin 48 ölkənin iştirak etdiyi ilk dünya çempionatı olmasına baxmayaraq, ona olan marağın azlığının səbəbini izah edə bilmir.

Bir çox bilet satılmayıb və bu da FIFA rəhbərliyi arasında suallar doğurur. Turnirə cəmi dörd ay qalmasına baxmayaraq, onun miqyası ilə tamaşaçıların və azarkeşlərin gözlənilən marağı üst-üstə düşmür.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino ötən ay İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən 48 komandanın iştirak edəcəyi 2026-cı il dünya çempionatı üçün rekord rəqəmləri təqdim etmişdi. O qeyd etmişdi ki, üç ölkədəki 16 möhtəşəm stadionda 104 oyun oynanılacaq. Stadionlarda təxminən 7 milyon tamaşaçı, dünyada isə televiziya qarşısında təxminən 6 milyard insan olacaq.

Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bənzər xəbərlər