featured-image-79994

Almaniya futbolunun əfsanəsi Lotar Matteus FİFA-nı tənqid edib.

Msport.az xəbər verir ki, Almaniya milllisində 150  oyun keçirmiş veteran futbolçu ABŞ yığmasının üzvü Florin Baloquna göstərilmiş qırmızı vərəqənin ləğv olunmasından danışıb:

“Dünya çempionatında fantastik ab-hava yaşandı, möhtəşəm oyunlar izlədik. Lakin hər şeyi kim korladı? FİFA və siyasət. Donald Tramp etiraf etdi ki, Baloqunun qırmızı vərəqəsi üçün FİFA-ya zəng edib. FİFA qırmızı vərəqəni ləğv etməklə futbola qulluq etmiş olmur. Əksinə! Baloquna Bosniya və Herseqovina ilə oyunda göstərilə qırmızı vərəqə aşkar idi. Həm də qərarı VAR-a baxdıqdan sonra qəbul etdilər. Amma sonda cəzanı ləğv etdilər. Bu, sadəcə gülməlidir. Bu, indiyə qədər futbolda gördüyüm ən pis hadisədir.

Qırmızı vərəqənin ləğv olunması idmana müdaxilədir. İndiyə qədər heç vaxt FİFA-dan danışmamışam. Amma indi əsəb içindəyəm. Üzr istəyirəm, sözümə görə, sadəcə ürəyim bulanır. Niyə digər heç bir futbolçu şərti qırmızı vərəqə almayıb?

FİFA özünü gülünc vəziyyətə qoyur. Onlar idmanı ayaqlar altına atır. Canni İnfantinoya qarşı heç bir etirazım yoxdur, istəyir Donald Trampa on dənə sülh mükafatı versin. Lakin söhbət aldatma və manipulyasiyaya gələndə qırmızı cizgini keçirəm. FİFA-nın etdikləri tam rüsvayçılıq və futbol azarkeşlərinə xəyanətdir”.

 

 

 

 

Bənzər xəbərlər