FIFA Qəzzada futbol layihələrinə yatırım edəcək
FIFA Fələstində futbolun inkişafına töhfə verəcək.
Msport.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Sülh Şurasının iclasında açıqlayıb.
O FIFA-nın Qəzza zolağındakı futbol layihələrinə 75 milyon dollar ayıracağını bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, Sülh Şurasının üzvləri Qəzzanın yenidən qurulması fonduna 7 milyard dollar ianə ediblər və Birləşmiş Millətlər Təşkilatı humanitar yardım üçün 2 milyard dollar ayıracaq.







