featured-image-7850

“Səbail”in futbolçusu Tural Bayramlının Yunanıstanın “Pierikos” klubuna qarşı qaldırdığı iddia FIFA Futbol Tribunalı tərəfindən böyük ölçüdə təmin olunub.

Msport.az xəbər verir ki, bu barədə qurumdan göndərilmiş məktubda qeyd olunub.

Qərara əsasən, klub həm əmək haqqı borcu, həm də müqavilənin əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.

Xatırladaq ki, Tural Bayramlı 2021-ci ilin yayında Yunanıstanın 1-ci divizion təmsilçisi olan “Pierikos”la müqavilə imzalamışdı. Lakin Yunanıstan klubunda qalmaq istəməyən yarımmüdafiəçi ötən ilin dekabrında oradan ayrılıb. Futbolçunun komandada qalmaq istəməməsinin maliyyə şərtlərilə əlaqədar olduğu bildirilirdi.

media-11

Bənzər xəbərlər