FİFA-ya etiraz etdi: "Bu gündən dünya çempionatına baxmayacam"
Misir millisinin baş məşqçisi Hossam Hassan dünya çempionatının 1\8 final mərhələsinin Argentina ilə oyununu (2:3) dəyərləndirib.
Msport.az xəbər veirr ki, o, açıqlamasında FİFA-nı ittiham edib:
“Aşkar görünür ki, dünya çempionatı marketinq industriyasına çevirilib. Onlar istəmir ki, Messi mübarizəni dayandırsın. Məhz bu səbəbdən oyunda ədalətli qərarlar olmadı. Messi vaxtından əvvəl sevinməməlidir.
Bü gündən etibarən dünya çempionatının bir oyununa da baxmayacam. Bu, başımıza gələn ədalətsizliyə qarşı etirazdır.
Mən öz futbolçularımı ürəkən təbrik edirəm. Onlar milli qəhrəmanlarımızdır”.







