Filip Ozobiç rəsmən "Neftçi"də!
“Neftçi” Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
Klubdan Msport.az saytına verilən məlumata görə, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Filip Ozobiç “Neftçi”nın mövsümlər arası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.







