Finalissmanın Qətərdə keçirilməsinə qarşıdırlar
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente hesab edir ki, Yaxın Şərqdəki mövcud vəziyyətə görə 2026-cı il Finalisimasının Qətərdən başqa yerə köçürülməsi lazımdır.
Msport.az xəbər verir ki, daha əvvəl Qətər Futbol Assosiasiyasının (QFA) mətbuat xidməti bütün futbol turnirlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan etmişdi.
“Danışıqların davam etdiyini başa düşürük. Cəmiyyət üçün əsas məqsəd münaqişəyə son qoymaqdır, amma əgər biz buna cəlb olunsaq və bunun nə qədər davam edəcəyini bilməsək, o zaman həmin müddət ərzində Qətərdə oynaya bilməyəcəyik”, – deyə de la Fuente söyləyib.







