featured-image-56552

Polşada keçirilən Avropa birinciliyi ilə əlaqədar bu ölkəyə səfər edən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.

AAF-dən Msport.az-a verilən məlumata görə, söhbət zamanı ölkəmizdə ağırlıqqaldırma idman növünün perspektivləri və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Federasiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Federasiyanın uzunmüddətli strateji plan üzrə fəaliyyət göstərdiyini bildirən F.Umudov bu işdə beynəlxalq qurumun dəstəyinin önəmini vurğulayıb. Daha sonra gələcək yarışlar, hakim və məşqçi seminarları, təşkilatçılıq məsələləri, eləcə də akademiyaların işinin təşkili ətrafında söhbət aparılıb. Görüşün sonunda Məhəmməd Caluda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının xüsusi hədiyyəsi təqdim edilib.

Bənzər xəbərlər