Foden “Bavariya” yolunda
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Msport.az xəbər verir ki, o, Bundesliqa nəhəngi “Bavariya”nın maraq dairəsindədir.
Maliyyə feyr-pleyinə görə cəzalanmaq riski ilə üzləşən “Mançester Siti”nin durumu Fodenin almanların transfer hədəfinə çevrilməsinə şərait yaradıb. “Bayern” 26 yaşlı futbolçunu əldə etmək üçün təklif hazırlayır.
“Siti”nin yetirməsi bu mövsüm az şans qazanıb. O, bütün yarışlarda cəmi iki oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib.
Fodenin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. “Transfermarkt” mütəxəssisləri onu 70 milyon avro dəyərində qiymətləndirirlər.







