Kaşuk debüt etdi, Ukrayna uduzdu
“Qarabağ”ın vingeri Aleksey Kaşuk Ukrayna millisində debüt edib.
Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiya ilə 5-ci tur matçında forma geyinib.
Ukrayna millisi səfərdə keçirilən görüşdə 0:1 hesabı ilə uduzub.
Start heyətində meydana çıxan Kaşuk 90+1-ci dəqiqədə əvəzlənib.
Ukrayna millisi hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.







