Venger İnfantinoya rəqib olmaqdan imtina etdi
Arsen Venger FİFA prezidenti seçkilərində Canni İnfantinoya rəqib olmaqdan imtina edib.
Msport.az xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.
UEFA məşhur fransalı məşqçini namizədliyini irəli sürmək üçün razı salmaq istəsə də, bu, nəticə verməyib. Deyilənə görə, FİFA-nın yüksək rütbəli idarəçiləri Vengerlə ortaq məxrəcə gələ biliblər.
İndi qitə futbol qurumu İnfantinoya rəqib kimi başqa namizəd axtarır.
Qeyd edək ki, FİFA-da növbəti prezident seçkiləri gələn il martın 18-də Mərakeşdə keçiriləcək.







