U-20 millimiz iki yoldaşlıq oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığın ikinci mərhələsində 2 yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçi olduğu komanda hər iki görüşdə İraq yığması ilə qarşılaşacaq.
İlk oyun noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da baş tutacaq və saat 19:00-da başlanacaq. İkinci matç noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Bu qarşılaşma isə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz hazırlığın ikinci mərhələsinə noyabrın 16-dan etibarən Bakıda davam edəcək.







