featured-image-50

“Formula 1″də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.

Yarışın rəsmi saytına istinadən məlumatına görə, bu il ərzində rekord sayda – 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə olacaq.

Təqvimə ilk dəfə daxil edilmiş Mayami Qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabidə yekun vurulacaq.

Bu il həmçinin, Sinqapur, Melburn və Monreal Qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib.

Azərbaycan Qran-prisi isə 12 iyunda olacaq.

“Formula 1″də 2022 mövsümünün təqvimi (Bakı vaxtı ilə)

1 Bəhreyn Qran-prisi 20 mart saat 19:00
2 Səudiyyə Ərəbistanı Qran-prisi 27 mart saat 21:00
3 Avstraliya Qran-prisi 10 aprel  saat 09:00
4 Emiliya-Romanyi Qran-prisi 24 aprel saat 17:00
5 Mayami Qran-prisi 8 may saat 23:30
6 İspaniya Qran-prisi 22 may saat 17:00
7 Monako Qran-prisi 29 may saat 17:00
8 AZƏRBAYCAN QRAN-PRİSİ 12 iyun saat 15:00
9 Kanada Qran-prisi 19 iyun saat 22:00
10 Böyük Britaniya Qran-prisi 3 iyul saat 18:00
11 Avstriya Qran-prisi 10 iyul saat 17:00
12 Fransa Qran-prisi 24 iyul saat 17:00
13 Macarıstan Qran-prisi 31 iyul saat 17:00
14 Belçika Qran-prisi 28 avqust saat 17:00
15 Niderland Qran-prisi 4 sentyabr saat 17:00
16 İtaliya Qran-prisi 11 sentyabr saat 17:00
17 Rusiya Qran-prisi 25 sentyabr saat 15:00
18 Sinqapur Qran-prisi 2 oktyabr saat 16:00
19 Yaponiya Qran-prisi 9 oktyabr saat 09:00
20 ABŞ Qran-prisi 23 oktyabr saat 23:00
21 Meksika Qran-prisi 30 oktyabr saat 23:00
22 Braziliya Qran-prisi 13 noyabr saat 22:00
23 Abu Dabi Qran-prisi 20 noyabr saat 17:00

 

Bənzər xəbərlər