“Fransa – İspaniya oyunu erkən finaldır” – Lionel Skaloni
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının Fransa – İspaniya yarımfinal oyunu ilə bağlı fikirlərini bildirib.
Msport.az xəbər verir ki, bu komandalar arasında görüş iyulun 14-də keçiriləcək:
“Əlbəttə, Fransa – İspaniya finalı erkən final kimidir. Hər iki komanda dünya çempionatında əsas favoritlərdir”.
İspaniya millisi 1\4 finalda Belçikanı məğlub edib – 2:1. Fransızlar isə Mərakeşdən üstün olublar – 2:0.







