Fransa-İspaniya oyununa təhlükəsiz tədbiri - 70 min polislə
Fransa millisinin İspaniya ilə keçirəcəyi dünya çempionatının yarımfinal oyunu günü ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.
Msport.az xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunes iyulun 14-də ölkə ərazisində 70 min polis və jandarmın asayişə nəzarət edəcəyini bildirib.
Nazirin sözlərinə görə, genişmiqyaslı təhlükəsizlik tədbirləri həm Bastiliyanın alınması günü münasibətilə keçiriləcək milli bayram tədbirləri, həm də Fransa – İspaniya qarşılaşması ilə əlaqədardır.
Qeyd edək ki, iyulun 14-də ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən “AT&T Stadium”da keçiriləcək Fransa – İspaniya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







