featured-image-15893
Fransanın “maisonjaune.org” saytında Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilmiş “Nant” – “Qarabağ” matçı ilə bağlı məqalə dərc olunub.
Msport.az xəbər verir ki, yazıda meydan sahiblərinin vurduğu ilk qolda kobud səhvə yol verən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevə təşəkkür edilib.
“Kobud səhvlərdən danışsaq, yaddan çıxarmayaq ki, “Nant” üstünlüyü məhz “Qarabağ”ın şanssız qapıçısı Məhəmmədəliyevin sayəsində ələ aldı. 17-ci dəqiqəyə kimi Ovusu Kvabena və Kadi Borges 2 dəfə diqqət mərkəzinə düşdü. Alban Lyafon olmasaydı, komanda real təhlükə ilə üz-üzə qalardı. Bu zaman ayaqları bir-birinə dolaşan rəqib qolkiperin ağlına gəldi ki, öz “iş”ini görsün. O, topu birbaşa Pedro Çirivelya atdı. Sonuncu isə bu “hədiyyə”ni Lüdovik Blasa ötürdü. “Nant”ın 10 nömrəsi də öz növbəsində qapının sol küncünü dəqiq nişan aldı”.
Qeyd edək ki, görüş “Nant”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər